Modern.az

Paşinyan Tokayevin sarayındadır 

Paşinyan Tokayevin sarayındadır 

Aktual

21 Noyabr 2025, 11:20

Astanada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilir.

Modern.az xəbər verir ki, Armenpress-in məlumatına görə, Kasım-Jomart Tokayev Nikol Paşinyanı Qazaxıstan Prezidentinin iqamətgahı olan Akorda Sarayında qarşılayıb.

Rəsmi qarşılanma mərasimindən sonra Ermənistan Baş naziri ilə Qazaxıstan Prezidenti arasında ayrıca görüş olub, ardınca nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib.

Ermənistan nümayəndə heyətinin tərkibinə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi nazirinin birinci müavini Gevorq Mantaşyan və digər rəsmi şəxslər daxildir.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Baş nazirin müavini və milli iqtisadiyyat naziri Serik Jumangarin, Baş nazirin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev, Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev, nəqliyyat naziri Nurlan Sauranbayev və digər rəsmi şəxslər danışıqlarda iştirak edir.

Gündəliyə iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə