Modern.az

Samuxda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO

Samuxda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO

Aktual

21 Noyabr 2025, 12:00

21 noyabr 2025-ci il tarixində Samux rayonunda “Ədliyyə işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Heydər Parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərə hörmət və ehtiramını bildiriblər.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbiri Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq başda Ədliyyə Naziri Fərid Əhmədov olmaqla bütün ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında geniş nitq söyləyib.

147963014796291479628

1479627

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə