Modern.az

Naxçıvanda azyaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər

Naxçıvanda azyaşlı qızı 36 yaşlı kişiyə ərə vermək istədilər

Aktual

21 Noyabr 2025, 12:46

Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

Modern.az xəbər verir ki, rayonun Tivi kəndində 36 yaşlı şəxslə 17 yaşlı qız arasında planlaşdırılan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikahın qarşısının alınması məqsədilə tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.(Mənbə APA)

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə