Modern.az

TDT Baş katibi Allahşükür Paşazadə ilə görüşdü

TDT Baş katibi Allahşükür Paşazadə ilə görüşdü

Aktual

21 Noyabr 2025, 11:52

Noyabrın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Modern.az xəbər verir ki, Baş katiblə yenidən görüşməkdən məmnunluğunu ifadə edən Şeyxülislam həzrətləri TDT-nin şərəfli tarixi  missiya yerinə yetirdiyini bildirib. Bu quruma daxil olan ölkələrin dövlət başçılarının mühüm işlər gördüyünü qeyd edib.

Səmimi qarşılanmaya görə təşəkkür edən Kubanıçbek Ömüraliyev TDT Müsəlman  Dini Liderlərinin Məşvərət Şurasının təsis olunması ilə bağlı 2022-il oktyabrın 20-də Şuşa şəhərində imzalanan bəyannaməni tarixi sənəd adlandırıb. Məşvərət Şurasının yaradılmasında və fəaliyyətində göstərdiyi xidmətlərə görə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürlərini  bildirib.

Baş katibin sözlərinə görə, bu il Qəbələ şəhərində keçirilən Zirvə toplantısından sonra TDT-də sədrlik Azərbaycana keçib. Kubanıçbek Ömüralıyev ölkəmizin sədrliyi dövründə qurumun fəaliyyətinin daha da gücləcəyinə inandığını ifadə edib.

Söhbət zamanı TDT Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının gələcək  planları, keçiriləcək toplantılarla bağlı müzakirə aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə