Modern.az

Bakıda şirkətdən 20 min manatlıq oğurluq

Bakıda şirkətdən 20 min manatlıq oğurluq

Aktual

21 Noyabr 2025, 13:42

Paytaxtda turizm şirkətindən 20 min manat oğurlayan şəxsi polis saxlanılıb.

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.

Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə