Modern.az

Bakıda 154 kq at ətini mal əti adı ilə satmaq istədilər - FOTOLAR

Bakıda 154 kq at ətini mal əti adı ilə satmaq istədilər - FOTOLAR

Aktual

21 Noyabr 2025, 14:08

Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi yaşayış sahəsində istehlaka yararsız ümumi çəkisi 154 kq sümükdən ayrılmış at əti aşkarlanıb.

Modern.az xəbər verir ki, yararsız ət Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyi Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı aşkar edilib.

Yoxlama zamanı mənşəyi məlum olmayan ətin kəsilərək sümükdən ayrıldığı və 99 CJ 158 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin saxlanc yerində antisanitar şəraitdə Natiq Vaqif oğlu Hüseynov tərəfindən mal əti adı altında satış məqsədilə paytaxt Bakıya aparıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız at əti soyuducu anbarda saxlanca yerləşdirilib, nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub.

Araşdırmalar davam etdirilir.

1479706

1479705

14797041479703

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə