Neftçilər prospektinin adının dəyişdirilməsi təklif edilib.
Modern.az xəbər verir ki, bu təkliflə arix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri Cəbi Bəhramov çıxış edib. O, bu barədə İsa bəy Hacınskiyə həsr olunan sənədli filmdə araşdırmaları haqqında danışarkən bildirib.
Alimin sözlərinə görə, İ. Hacınski Azərbaycan neft tarixində xüsusi rola malik şəxsdir.
“Bu səbəbdən indiki Neftçilər prospektinin adını Hacınski prospekti olsa daha ədalətli olardı” - deyə İ.Niftəliyev vurğulayıb.