Modern.az

Bakıda D-8 Gənclər Forumu keçiriləcək

Bakıda D-8 Gənclər Forumu keçiriləcək

Aktual

21 Noyabr 2025, 22:52

Biz çox şadıq ki, Azərbaycan D-8 təşkilatına qoşulub. Təşkilata qoşulduğu vaxtdan bu günədək Azərbaycanla çoxlu qarşılıqlı fəaliyyətimiz olub, bir çox tədbirlər keçirmişik.

 

Modern.az xəbər verir ki, bu sözləri D-8 təşkilatının Baş katibi İsiaka Abdulqadir deyib.

 

O qeyd edib ki, Azərbaycan D-8-ə daxil olduğu vaxtdan təşkilat üçün böyük işlər görüb. “Bir neçə gündən sonra Bakıda D-8 Gənclər Forumu da keçiriləcək. Biz öz fəaliyyətimizi dünyaya göstərməyə çalışırıq. Digər bir vacib nəticə jurnalistlərimizin və peşəkar media ekspertlərimizin bacarıqlarını artırmaq üçün necə əməkdaşlıq edə biləcəyimizi başa düşməkdir”, - deyə Baş katib vurğulayıb. (Mənbə: Azərtac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə