Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova da tüstüdən zəhərlənib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə ailənin yaxınları məlumat yayıb.
Onların sözlərinə görə, 25 yaşlı Ləman Qulamova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.