Modern.az

Türk dünyası QHT-lərinin ortaq platforması yaradılacaq

Türk dünyası QHT-lərinin ortaq platforması yaradılacaq

Aktual

22 Noyabr 2025, 15:18

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin forumu keçiriləcək.

Forumla bağlı Modern.az-a danışan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri,  "Türküstan" Media Qrupun baş redaktoru Aqil Camal bildirib ki, ümumilikdə 300 Qeyri-Hökumət Təşkilatı üzvünün iştirakı gözlənilir:

O qeyd edib ki, Forumda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərdən, eyni zamanda müşahidəçi üzvlər-Macarıstan, Türkmənistan  və Şimali Kipr Türk Cümhuriyyətindən olan QHT-lər dəvət edilib.

"Ayın 25-də Bakıda Gülüstan sarayında forum öz işinə başlayacaq. Burada daha çox Türk dünyasının ortaq məsələləri, problemləri, gələcək işbirliyi, əməkdaşlıqla bağlı panellər təşkil olunacaq. Eyni zamanda Forumun gedişində ayrıca olaraq Azərbaycan və Qazaxıstan Qeyri-hökumət təşkilatlarının birinci forumu təşkil olunacaq”.

Aqil Camal qeyd edib ki, Naxçıvanda Türk Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının platformasının yaradılması gözlənilir:

“Noyabrın 26-da Naxçıvan şəhərində Qeyri-hökumət Təşkilatlarının panel müzakirələri davam etdiriləcək. Məlumdur ki, hazırki Türk Dövlətləri Təşkilatının yaradılmasının əsası 2009-cu ildəNaxçıvanda qoyulmuş, Türk Ölkələrinin Əməkdaşlıq Şurası təşkil olunmuşdu. Ona görə də bu tədbirin Naxçıvanda keçirilməsi rəmzi məna daşıyır. Yenə də Naxçıvanda Türk Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının platformasının yaradılması gözlənilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?