Modern.az

Bakı-Qazax yolunda sıxlıq yarandı - Polisdən açıqlama

Bakı-Qazax yolunda sıxlıq yarandı - Polisdən açıqlama

Aktual

23 Noyabr 2025, 20:01

"Bakı-Qazax yolunun 104-cü kilometrində, Bakı istiqamətində aparılan təmir işləri ilə əlaqədar yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri bütün tədbirlər görülür".

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Qeyd olunan yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?