Noyabrın 22-də “Fairmont Baku”-da Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, həmin kafedranın “Tibbi Psixologiya” ixtisası üzrə elmlər doktoru proqramı üzrə doktorantı, klinik psixoloq-konsultant, hipnoterapevt, APA (Amerika Psixoloqlar Assosiasiyası) və Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə Kazımova və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirən Fatimə Cəfərovanın “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması yolları” adlı nəzəri-praktik təlimi keçirilib.
Modern.az xəbər verir ki, təlimdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Psixologiya Elmləri doktoru, professor Səxavət xanım Əliyeva, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, professor Nuran Abdullayev, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü İradə xanım Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova, Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsalə Kərəm qızı Musayeva, Bakı Dövlət Universitetinin(o cümlədən psixologiya kafedrası) əməkdaşları və tələbələri Kamilə xanım və Fatimə xanımın digər dəvətliləri iştirak ediblər.
Təlimi giriş sözü ilə açıq elan edən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Səxavət xanım Əliyeva çıxış edərək, təlimin nəzəri və praktik əhəmiyyətini qeyd edərək təlimçilərə uğurlar arzuladı.
Həmçinin təlimdə Milli Məclisin Ailə, qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar – Sevinc Hüseynova, Pərvanə Vəliyeva, Asif Əsgərov və Ülvi Quliyev, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, professor Nuran Abdullayev öz ürək sözlərini bildirirərək, təlimin nəzəri və praktik əhəmiyyətindən danışdılar.
Nəzəri-praktik təlimdə, fobiyaların klinik-psixoloji mahiyyəti və simptomları, qorxu və fobiya anlayışlarının fərqi, fobiyanın yaranma səbəblərinə müxtəlif yanaşmalar, fobiyaların növləri, canlı keys təqdimatı və müzakirələr, fobiyaların aradan qaldırılması metodları və.s məsələlərə geniş yer verilib. O cümlədən iştirakçılar qarşısında hipnoz vasitəsilə real klientlə (öz razılığı ilə) pişik fobiyasının aradan qaldırılmasının praktik nümayişi, Virtual reallıq texnikasından isitifadə edilərək fobiyaların aradan qaldırılması (məruzqoyma-klientin fobiyanın uzərinə getməsi) üsulundan, həmçinin real klientlərin öz dillərindən fobiyalar haqqında həyat hekayələri və onların təhlili, eyni zamanda təlimə qoşularkən maska istifadə etsə də, təlimin sonuna doğru maskasını çıxaran gəncin real həyat hekayəsi (fobiyalarla bağlı münasibətini dəyişərək öz fikrini təqdim edən) və s. praktik məsələlər təlim iştirakçılarına təqdim edildi. Təlimin sonunda praktik şəkildə iştirakçılar üzərində relaksasiya metodu tətbiq olundu və iştirakçıların fikirləri dinlənilərək, suallar cavablandırıldı.
Daha sonra Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Validə Vəliyeva, BDU-nun politologoya və sosiologiya kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Xatirə Əfəndiyeva, Psixoloq, həmçinin Tibb universitetinin tələbəsi Lalə Sadıqlı, Şəhid anası Leyla xanım, Pozitiv Psixologiya Mərkəzinin psixoloqu Sevinc Nəbiyeva və digər təlim iştirakçıları çıxış edərək təlim haqqında öz təəsüratlarını bildiriblər. Onlar Kamilə Kazımova və Fatimə Cəfərovaya uğurlar arzulayıblar.