Modern.az

Qayıdış vaxtıdır... - VİDEO

Qayıdış vaxtıdır... - VİDEO

Aktual

24 Noyabr 2025, 10:08

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış mövzusundada fləşmob hazırlayıb.

Bu barədə Modern.az-a Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikamızın müxtəlif yerlərində inşa edilmiş qəsəbə və yaşayış komplekslərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də doğma yurda dönəcəkləri günü gözləyirlər. Uzun illər yaşadıqları ərazilərdə yaşıllığı qorumaq və artırmaq, dövlətin verdiyi ev və mənzilləri abad və səliqə-sahmanlı saxlamaq onların vətəndaşlıq borcudur... “Ürəyimiz doğma yurddadır. Qayıdış vaxtıdır,” – deyən məcburi köçkünlərin əkdiyi hər bir ağac yaşıl gələcəyə bir töhfə və onlara göstərilən qayğıya görə minnətdarlığın ifadəsidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bu mövzuda hazırladığı fləşmobun videoçarxını təqdim edirik", - məlumatda qeyd olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı