Gəncədə evdən oğurluq edən şəxs tutulub.
Modern.az-ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakininə məxsus evdən 8000 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı C. Mamedov saxlanılıb.
Fakt araşdırılır.