Modern.az

Toksik şöbəyə yatırılmağım xəbəri yanlışdır - Salatın Əsgərovanın oğlu - VİDEO

Toksik şöbəyə yatırılmağım xəbəri yanlışdır - Salatın Əsgərovanın oğlu - VİDEO

Aktual

24 Noyabr 2025, 10:42

Jurnalist Ceyhun Əsgərov anasının - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Salatın Əsgərovanın vəfat etdiyi yeri ziyarət edib.

C.Əsgərov Modern.az-a bildirib ki, ilk səfərin bu qədər yubanmasının səbəbi vaxt imkansızlığıdır.

O qeyd edib ki, anasının xatirəsi üçün lövhəni müalicə aldığı reabilitasiya mərkəzinin köməyilə həmin ərazidə yerləşdiriblər:

“Xatirə lövhəsi Salatın Əsgərovanın şəhid olduğu yerdə - Laçından Şuşaya gedən yolun 6-cı kilometrliyində qoyulub”.

Səhhətinin artıq yaxşılaşdığını deyən jurnalist qeyd edib ki, reabilitasiya mərkəzində müalicəsi davam etdirilir:

“Toksik şöbəyə yatırılmağımla bağlı yazılar həqiqəti əks etdirmir. Spirtli içki asılılığına görə reabilitasiya mərkəzindəyəm. Heç bir dərman qəbul etmirəm. Psixoloji-davranış dəstəyi alıram”.

C.Əsgərov bildirib ki, işə nə zaman qayıdacağını bilmir:

“Şəxsi mətbuat orqanımda işləyəcəm. Olduğum reabilitasiya mərkəzinin fəaliyətini daimi işıqlandırmaq fikrim var”.

Arayış: Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən pusquya salınıb. Yaxın məsafədən şiddətli atəşə tutulan maşındakılar elə oradaca qətlə yetirilib. 
Salatın Əsgərova Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
O, ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.

 

Cavid Zahidoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı