Modern.az

“Asan İmza” indi “Azercell” tətbiqində! 

“Asan İmza” indi “Azercell” tətbiqində! 

Aktual

24 Noyabr 2025, 11:22

Rəqəmsal həllərini davamlı olaraq təkmilləşdirən "Azercell" “Asan İmza” xidmətinin əsas məlumatlarını mobil tətbiqinə inteqrasiya edib.

Modern.az xəbər verir ki, yeni funksiya vasitəsilə istifadəçilər tətbiq üzərindən gücləndirilmiş mobil elektron imzanın etibarlılıq tarixi, statusu, xidmətin növü və aylıq uzatma müddəti kimi vacib məlumatları rahatlıqla əldə edə bilirlər. 

İlkin mərhələdə xidmət yalnız Fakturasız (SimSim) xətt abunəçiləri üçün təqdim olunub, növbəti mərhələdə isə Fakturalı xətt müştəriləri üçün də əlçatan olacaq. 

Yeni həll  "Azercell" abunəçilərinin müştəri təcrübəsini daha da optimallaşdırır və  keyfiyyətli xidmətlərə daha rahat çıxış imkanı yaradır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı