Modern.az

CHP qurultaya hazırlaşır - rəhbərlikdə dəyişiklər GÖZLƏNİLİR

CHP qurultaya hazırlaşır - rəhbərlikdə dəyişiklər GÖZLƏNİLİR

Dünya

24 Noyabr 2025, 12:14

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) 28–30 noyabr tarixlərində növbəti qurultaya hazırlaşır. Ankarada keçiriləcək 39-cu qurultay öncəsi siyasi gərginlik və struktur dəyişikliyi gözləntisi var.

Son bir ildə ikisi fövqəladə olmaqla üçüncü dəfə qurultay keçirən CHP bu dəfə 17 ildən sonra yenilənmiş partiya proqramını səsverməyə çıxaracaq. Rəhbərlik səviyyəsində də geniş dəyişikliklər gözlənilir, partiyaya keçmiş ittifaq ortaqlarından olan bəzi siyasətçilərin də rəhbər heyətə daxil ediləcəyi bildirilir.

Qurultayın həm siyasi, həm də hüquqi baxımdan kritik mərhələdə baş tutduğu vurğulanır. İstanbul Böyükşəhər Bələdiyyəsi və partinin hüquqi statusu ilə bağlı davam edən istintaqlar səbəbindən CHP rəhbərliyi prosesi sürətləndirərək adi qurultay qərarı vermişdi. 

Qurultayın siyasi mesajlarının isə “iktidar, mübarizə və ədalət” şüarları üzərində qurulacağı açıqlanıb. CHP rəhbərliyi yaxınlaşan yerli və parlament seçkiləri fonunda ittifaq strategiyasını genişləndirmək niyyətindədir.

Modern.az-a açıqlamasında Partiyanın xarici siyasət koordonatoru İlhan Üzgel bildirib ki, mübarizə çərçivəsində iki il əvvəl keçirilən qurultayda seçilmiş sədr Özgür Özel hər həftə iki mitinq təşkil edir.

"O, xalqımız tərəfindən çox sevilən və bəyənilən bir liderdir. CHP ictimai rəy sorğularında birinci partiya olaraq qalır".

Sədr müavini bildirib ki, Partiya haqqında açılan məhkəmə işini qazanıb: "Lakin iddianı qaldıranlar yuxarı instansiya məhkəməsinə müraciət etmişdir, bu isə uzun bir prosesdir".

İ.Üzgel deyib ki, bu ayın sonunda qurultay toplanacaq. Özgür Özelin əvvəlki kimi böyük dəstəklə yenidən rəhbər seçilməsi gözlənilir: "Qurultayda partiyanın proqramı müzakirə olunacaq və son forması veriləcək. Proqramın əsas mövzusu ədalət, azadlıq və inkişaf olacaq".

O əlavə edib ki, Türkiyədə iqtisadi vəziyyət ağırdır, inflyasiya çox yüksəkdir: "Vətəndaşlarımızın hüquq sisteminə olan etibarı da xeyli azalmışdır. Partiyamız yeni dövrdə xalqımıza ədalət və iqtisadi inkişaf vəd edir".

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı