Modern.az

Avtomobil alqı-satqısı adı altında 21 min manatlıq dələduzluq edildi

Avtomobil alqı-satqısı adı altında 21 min manatlıq dələduzluq edildi

Aktual

24 Noyabr 2025, 12:34

Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.

Modern.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı