Modern.az

UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı

UNEC ilə Malayziya Universiteti arasında memorandum imzalandı

Aktual

24 Noyabr 2025, 12:52

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyada işgüzar səfərdədir.

Modern.az xəbər verir ki, səfərin ilk günündə UNEC nümayəndə heyəti Malayziyanın aparıcı ali təhsil müəssisələrindən biri olan INTI Beynəlxalq Universitetində olub.

INTI Beynəlxalq Universitetinin direktoru AP TS Dr. Choo Won Onn ilə görüşdə UNEC nümayəndələrinə universitetin fəaliyyəti, idarəetmə modeli, təhsil strategiyası, texnoloji təminatı və beynəlxalq tərəfdaşlıq təcrübəsi barədə ətraflı məlumat verilib. UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün perspektivli olduğunu vurğulanıb.

Rektor Ədalət Muradov UNEC-in beynəlxalq əməkdaşlıq strategiyasından danışaraq, Malayziya universiteti ilə qurulacaq əlaqələrin tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat layihələri sahəsində qarşılıqlı faydalı nəticələr verəcəyini vurğulayıb.

Tərəflər görüş zamanı ikili diplom proqramları, birgə tədqiqat layihələri, tələbə-müəllim mübadiləsi, idarəetmə və akademik inkişaf sahələrində əməkdaşlıq imkanlarını ətraflı müzakirə ediblər.

Görüşün sonunda UNEC və INTI Beynəlxalq Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Sənəddə iki universitet arasında akademik tərəfdaşlığın və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni layihələrin reallaşdırılması nəzərdə tutulub.

UNEC nümayəndələri universitetin müasir infrastrukturu, sosial mühiti, tədris və texniki imkanları, eləcə də kitabxana və laboratoriya kompleksləri ilə də tanış olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada GƏRGİN ANLAR! Ukrayna bu yerləri bombaladı