Ağdam, Füzuli və Xocavənddə tikinti və bərpa xidmətləri üçün 3.2 milyon manatlıq müsabiqə elan edildi.
Modern.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə bir sıra obyektlərin bərpası ilə bağlı yeni satınalma elan edib.
2025/AT/00680/V1 nömrəsi ilə keçirilən müsabiqə məktəb, uşaq bağçası və qazanxana kimi qeyri-yaşayış binalarının təmir-bərpası, həmçinin kommunikasiya, yaşıllıq və abadlıq işlərinin satın alınmasını əhatə edir.
Layihənin ehtimal olunan dəyəri 3 225 963,20 AZN təşkil edir. (Mənbə: banker.az)