Modern.az

Yeni icra başçısı köməkçisini Bakıya gətirdi - YENİLƏNİB

Yeni icra başçısı köməkçisini Bakıya gətirdi - YENİLƏNİB

Aktual

25 Noyabr 2025, 12:16

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli köməkçisini işdən çıxarıb. 

Modern.az xəbər verir ki, müvafiq əmrlə Ceyhun İsmayılov başçının köməkçisi vəzifəsindən azad olunub. 

Ceyhun İsmayılov Nəsimi Rayon İcra Hakimiyyəti icra başçısı Elxan İbrahimovun köməkçisi təyin edilib. Elxan İbrahimov bundan əvvəl Elbrus Məmmədovu köməkçi vəzifəsindən azad edib.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi təyin etmişdi.

Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub. Həmin gün Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (Mənbə: qaynarinfo)

***

10:52

Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.

Modern.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, noyabr ayının 12-də Prezident İlham Əliyevin sərəncamı ilə E.İbrahimov Nəsimi rayonunun icra başçısı təyin edilib. (Mənbə: unikal)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!