Modern.az

Həbsdə olan şəxsin evində narkotik aşkarlandı

Həbsdə olan şəxsin evində narkotik aşkarlandı

Aktual

25 Noyabr 2025, 11:36

Həbsdə olan şəxsin evində narkotik aşkarlanıb.

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!