Modern.az

Azərbaycan bu ölkə ilə məxfi məlumatların mübadiləsini aparacaq

Azərbaycan bu ölkə ilə məxfi məlumatların mübadiləsini aparacaq

Aktual

25 Noyabr 2025, 12:00

Milli Məclis Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair sazişi təsdiq edib.

Modern.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənəd müzakirə olunub.

Qanun layihəsini təqdim edən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, sazişin məqsədi tərəflər arasında ötürülən məxfi məlumatların qorunması, onların məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsidir:

"Sazişə əsasən, tərəflər məxfi məlumatların qorunması üzrə qarşılıqlı öhdəliklər götürür. Hər iki ölkə bu məlumatlardan yalnız təqdim olunduğu məqsədlər üçün istifadə etməyi və göndərən tərəfin yazılı razılığı olmadan üçüncü tərəflərə verməməyi öhdələrinə götürəcəklər. Saziş 2025 ci il sentyabr ayının 19 da Bakıdamüvafiq qurumların rəhbərləri tərəfindən imzalanıb, səlahiyyətli təhlükəsizlik orqanları kimi Azərbaycan Respublikası üçün Dövlət Təhlükəsizliyi Xidməti, Moldova Respublikası üçün isə Təhlükəsizlik və Kəşfiyyat Xidməti müəyyən edilib. Saziş qeyri-müəyyən müddətə bağlanıb".

O vurğulayıb ki, Azərbaycan üçün bu Sazişin əhəmiyyəti Moldova ilə təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, cinayətkarlıqla mübarizə, kəşfiyyat və əks kəşfiyyat məlumatlarının mübadiləsi və kibertəhlükəsizlik üzrə koordinasiyanın daha effektiv hala gəlməsidir:

"Bu, Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin güclənməsinə və regional təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir".

Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiqi barədə qanun layihəsi səsə qoyulub və bir oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!