Modern.az

Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişdi 

Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişdi 

Aktual

25 Noyabr 2025, 15:36

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının strukturunda dəyişiklik edilib.

Modern.az xəbər verir ki, struktura Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi əlavə edilib.

Bundan başqa, xidmətin tərkibindəki İnformasiya təhlükəsizliyi şöbəsi idarəyə çevrilib.

Bununla da, aparatın strukturuna daxil olan bölmələrin sayı 24-dən 27-yə yüksəldilib. (Mənbə "Report")

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU