Modern.az

Bu məktəbdə nöqsanlar aşkarladı

Bu məktəbdə nöqsanlar aşkarladı

Aktual

25 Noyabr 2025, 17:29

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm və Müstəqil Monitorinq Mexanizmi fəaliyyəti çərçivəsində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə başçəkmə həyata keçirilib.

Bu barədə Modern.az-a Ombdsmanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Başçəkmənin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və hüquqi tələblərə uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Qeyd edilib ki, başçəkmə zamanı nöqsanda aşkarlanıb:

"Başçəkmə zamanı müəssisədə həkim ştatının olmasına baxmayaraq, həmin vəzifə üzrə xidmətin təşkil edilmədiyi müəyyən edilib. Bununla yanaşı, uşaqlar tərəfindən istifadə olunan məişət əşyalarının yararlılıq vəziyyətinin qənaətbəxş olmadığı və tələblərə cavab vermədiyi müşahidə olunub, onların yenilənməsi istiqamətində tədbirlərin görülməsi tövsiyə edilib.

Eyni zamanda, müəssisə sakinləri ilə fərdi qaydada söhbətlər aparılıb, onların mövcud şərait və göstərilən xidmətlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib.

Başçəkmə çərçivəsində uşaqlar üçün maarifləndirici görüş təşkil olunub, onlara hüquq və vəzifələri, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbləri, hüquq pozuntularının mahiyyəti və bu pozuntuların yaratdığı hüquqi nəticələr ətraflı izah edilib, həmçinin Ombudsmanın səlahiyyətləri və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib, müəssisəyə Müvəkkilin təşəbbüsü ilə hazırlanmış hüquqi maarifləndirici nəşrlər təqdim edilib.

Başçəkmənin yekununda müəssisənin rəhbərliyinə müvafiq tövsiyələr verilib və hüquqi maarifləndirici söhbət aparılıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU