Kəlbəcərdə inşası davam etdirilən bir neçə su elektrik stansiyasının gələn il yekunlaşması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında deyib.
“Şəhərin su və kanalizasiya sisteminin qurulması istiqamətində də işlər mərhələli şəkildə davam etdirilir. Su anbarları və təmizləyici qurğular tikilir”, - o əlavə edib.