Modern.az

Sumqayıtda 8500 abonentin qazı kəsiləcək

Sumqayıtda 8500 abonentin qazı kəsiləcək

Aktual

26 Noyabr 2025, 12:24

Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ