Modern.az

Gəncə Dövlət Universitetinin komandası qalib gəldi - FOTO

Gəncə Dövlət Universitetinin komandası qalib gəldi - FOTO

Aktual

26 Noyabr 2025, 11:28

“Konstitusiya və Suverenlik İli” çərçivəsində  Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə keçirilən “Zəfərimiz əbədidir” adlı III regional intellektual yarışda Gəncə Dövlət Universitetinin tələbələri qalib gəlib.

Modern.az xəbər verir ki, respublika üzrə ali və orta ixtisas təhsil müəssisələri komandalarının iştirak etdiyi bilik yarışında suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.

Gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsi, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərin genişləndirilməsi məqsədilə keçirilən yarışda ikinci yeri Azərbaycan Texnologiya Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri tutub.

Yarışda GDU-nun komandası Kubok və Fəxri fərmanla təltif edilib. 

Qeyd edək ki, qalib komandamız Gəncə Dövlət Universiteti tərəfindən də mükafatlandırılacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ