Modern.az

"Suverenliyin zəfər yolu" kitabının təqdimatı - FOTO

"Suverenliyin zəfər yolu" kitabının təqdimatı - FOTO

Aktual

26 Noyabr 2025, 11:44

Gəncə Dövlət Universitetində  “Konstitusiya və Suverenlik ili” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən nəşr edilən, Vəfaddin İbayevin müəllifi olduğu “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” adlı kitabın təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək kitab haqqında məlumat verib. Bildirib ki, 466 səhifə, 33 fəsildən ibarət olan kitabda 44 günlük Vətən müharibəsi zamanı baş verənlərə dair geniş elmi-analitik baxış öz əksini tapıb.

Hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev diqqətə çatdırıb ki, kitabda Azərbaycanın müstəqillik və Suverenlik tarixi, Prezident İlham Əliyevin ölkəmizin inkişafı və ərazi bütövlüyü sahəsində fəaliyyəti və II Qarabağ müharibəsinin beynəlxalq hüquq prizmasından təhlili barədə ətraflı məlumat verilib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ