Modern.az

Pəncəli Teymurovun anası Prezidentə məktubu göndərdi

Pəncəli Teymurovun anası Prezidentə məktubu göndərdi

Aktual

26 Noyabr 2025, 14:36

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

Modern.az xəbər verir ki, Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.

Məktubda deyilir: “Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin.

Sizə uzun ömür, can sağlığı arzu edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ