Modern.az

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib

Aktual

26 Noyabr 2025, 15:04

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüş zamanı Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının (Maritime Labour Convention, MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.

Tərəflər Konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin dəniz nəqliyyatının rəqəmsallaşdırılması, bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ