Modern.az

Rusiyanın bu jurnalisləri Azərbaycana buraxılmasın! - DEPUTAT

Rusiyanın bu jurnalisləri Azərbaycana buraxılmasın! - DEPUTAT

Aktual

26 Noyabr 2025, 16:49

Rusiyanın “liberal jurnalistləri” qəfildən ard-arda Qarabağ mövzusunda danışmağa başlayıblar.

Rusiyanın məşhur “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov qəfildən Ermənistanda peyda olub. O, müsahibə verərək deyib ki, “Rusiya Qarabağ məsələsinin həll olunduğunu düşünmür”.

Bu gün isə digər məşhur rus jurnalisti Oleq Kaşin provokativ status paylaşıb.

Onları bu fikirləri səsləndirməyə kimlərin təhrik etdiyi, eləcə də bundan sonra ölkəmizə girşlərinin qadağan edilib-edilməyəcəyi diqqətçəkən nüanslardır.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu gün Ermənistan hakimiyyəti də Azərbaycanın yaratdığı reallıqları qəbul edib və "Qarabağ Azərbaycandır!" deyir:

"Azərbaycan Qarabağ məsələsini kökündən və həmişəlik həll edib. Hətta Ermənistan hakimiyyəti də yaratdığımız reallıqları qəbul edib və "Qarabağ Azərbaycandır!" deyir.  Amma təəssüf ki, regionumuza sabitliyin, əməkdaşlığın və inkişafın gəlməsini istəməyənlər Qarabağ məsələsinin həll olunmadığını bildirirlər. Onların nə düşündükləri bizi maraqlandırmır. Azərbaycan özünün suverən ərazilərinin bütövlüyünü təmin edib və müzəffər əsgərimiz sərhədlərimizi göz bəbəyi kimi qoruyur. Həm də dövlətimiz Qarabağı yenidən qurub bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarır. Hətta bu gün YAP-ın Xocalı təşkilatı Qarabağda ilk dəfə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir də keçirdi və mən də orada İdarə Heyətinin üzvü olaraq böyük qürurla iştirak etdim. Bizim üçün əsas məsələ Xocalıya və digər azad olunmuş ərazilərə qayıtmış insanların üzündə xoşbəxtliyi görməkdir. Qaldı ki hansısa bir ölkənin Qarabağ məsələsinin həll olunmadığını düşünməyinə, onlar öz ərazilərində bir "Qarabağ" yaradıb erməniləri ora yerləşdirsinlər. Bu onların öz işləridir. Azərbaycan müstəqil, suverən və bütün ərazilərində konstitision hüquqlar bərpa olunmuş ölkədir. O cümlədən, Qarabağ Azərbaycandır!"

Deputat həmin jurnalistlərin Azərbaycana girişinin qadağan olunmasının vacibliyini söyləyib:

"Ölkəmizin ərazi bütövlüyünə kölgə salmağa çalışan heç bir kəs Azərbaycana buraxılmamalıdır!".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ