Modern.az

Ərdoğan vacib toplantı keçirdi - Azərbaycan da müzakirə edildi

Ərdoğan vacib toplantı keçirdi - Azərbaycan da müzakirə edildi

Aktual

26 Noyabr 2025, 21:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi əsas müzakirə mövzularından biri olub.

Modern.az-ın məlumatına görə, rəsmi məlumatda bildirilir ki, iclasda daxili və regional gündəmlə yanaşı, Bakı–İrəvan danışıqları fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da dəyərləndirilib. Qeyd olunub ki, son aylarda tərəflər arasında müşahidə olunan müsbət irəliləyiş bölgədə yeni reallıqlar yaradır.

Toplantının iştirakçıları Ankaranın Cənubi Qafqazda sabitliyin təmin olunmasına verdiyi töhfəni xüsusi qeyd edərək, Türkiyənin regional inkişaf və sülh prosesinə dəstəyini davam etdirəcəyi vurğulanıb.

İclasda həmçinin Rusiya–Ukrayna müharibəsi ilə bağlı son durum geniş təhlil edilib. Diplomatik həll yollarının əhəmiyyəti vurğulanaraq, Türkiyənin beynəlxalq tərəfdaşlarla birlikdə davamlı və ədalətli sülh üçün səylərini davam etdirəcəyi bildirilib.

Bundan əlavə, gündəlikdə “Terrorsuz Türkiyə” təşəbbüsü, Suriyadakı vəziyyət, Qəzzada atəşkəs səyləri və Sudanda baş verən hadisələr də müzakirə olunub.

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ