Modern.az

Ceyhun Bayramov Romada rəsmilərlə şam yeməyinə qatıldı - FOTO

Ceyhun Bayramov Romada rəsmilərlə şam yeməyinə qatıldı - FOTO

Aktual

27 Noyabr 2025, 09:34

Xarici işlər naziri Ceyhun Bayramov Romada Azərbaycan Mədəniyyət Mərkəzində İtaliya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə səmimi və məhsuldar işgüzar şam yeməyinə qatılıb.

Bu barədə Modern.az-a XİN-dən bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan–İtaliya strateji tərəfdaşlığının ardıcıl genişlənməsi, xüsusilə siyasi dialoq, enerji əməkdaşlığı, ticarət, nəqliyyat əlaqələri, mədəniyyət və təhsil sahələri müzakirə olunub.

Hər iki tərəf bütün sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinə və ölkələrimiz arasındakı uzunmüddətli dostluğun daha da möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı