Modern.az

Dünənki faciəvi qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Dünənki faciəvi qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Aktual

27 Noyabr 2025, 10:29

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ötən gün Məmmədli–Fatmayı yolunda baş verən ağır qəzanın görüntülərini yayıb.

Modern.az xəbər verir ki, BDYPİ sözügedən qəzanın görüntülərini paylaşıb və sürücülərə müraciət ünvanlayıb.

"Sürücülər, xahiş edirik - sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", - müraciətdə bildirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda baş verən qəzada "Chevrolet" markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı