Modern.az

Abşeronda Ümumdünya Uşaq Hüquqları Günü - FOTO

Abşeronda Ümumdünya Uşaq Hüquqları Günü - FOTO

Aktual

27 Noyabr 2025, 11:16

Abşeron rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Uşaq hüquqları günü və hüquqi müdafiə” mövzusunda geniştərkibli tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xırdalan şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində uşaqlara həsr olunan sərgiyə baxış keçirilib. Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək tədbirin əhəmiyyətindən və zərurətindən danışıb. O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib. Ölkəmizdə uşaqların hüquqlarının dövlət səviyyəsində qorunduğunu qeyd edən G.Rəhimova vurğulayıb ki, bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Uşaqların sosial durumlarının yaxşılaşdırılması, onların təhsil sahəsində inkişafının təmin edilməsi istiqamətində Heydər Əliyev Fondu tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini qeyd edən G.Rəhimova bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən bu istiqamətdə çoxsaylı təşəbbüslər irəli sürülüb və bunlardan Azərbaycan övladları faydalanıb.

Sonra Abşeron RİH-nin Hüquq şöbəsinin müdiri, RİH yanında UHMK-nın sədri Rəşad Qubadov geniş məruzə ilə çıxış edib. O bildirib ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır.

Qeyd edilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsinin tarixi 100 ildən də çoxdur. Hələ XX əsrin əvvəllərində uşaq hüquqlarının qorunması ilə bağlı dövrün maarifpərvər və xeyriyyəçiləri, sahibkarları və onların həyat yoldaşları tərəfindən bir sıra mühüm addımlar atılmışdı. O dövrdə Bakı xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Uşaqlara hamilik cəmiyyəti” də mövcud olub. Bu cəmiyyətin hesabatlarında çoxlu maraqlı faktlara rast gəlmək olar. Uşaq sığınacaqlarının materiallarının təhlili Azərbaycan mentaliteti üçün olduqca mühüm bir faktı ayırmağa imkan verir.

R.Qubadov Abşeron rayonunun göstəriciləri ilə bağlı danışarkən vurğulayıb ki, 2025-ci ilin 10 ayı ərzində rayon üzrə ümumilikdə 1055 boşanma faktı qeydə alınıb. Məhkəməyə 709 aliment tələbi, 46 aliment artırılma tələbi, 23 aliment azaldılma tələbi, 13 övladlığa götürmə tələbi, 47 atalıq faktının təyin olunması üzrə iddia tələbi ilə müraciətlər daxil olub. O, eyni zamanda xüsusi vurğulayıb ki, Abşeron Rayon İcra Hakimiyyətinə 10 ay ərzində nikah yaşının azaldılması ilə bağlı müraciət edilməyib.

Bundan sonra panel müzakirələr başlayıb. Bu zaman Baş Prokurorluğun CTKİ idarəsinin böyük prokuroru Elşad Ağayev, DİN-in Baş İT İdarəsinin YYÇ-lə profilaktik işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev, Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri Cəmilə Bağırova, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə çıxış edərək uşaq hüquqları istiqamətində görülən işlərdən danışıblar, iştirakçıların suallarını cavablandırıblar.

Sonra Abşeron RİH yanında İctimai Şuranın sərdi, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhidlərdən bizə əmanət qalan övladlarına, ümumilikdə  qəhrəmanlarımızın ailələrinə çox böyük diqqət və qayğı göstəririlir.

 












Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı