Şərur rayon Düdəngə, Zeyvə, Cəlilkənd kəndlərində korroziyaya uğramış boruların təmiri ilə əlaqədar olaraq 1598 abonentin təbii qaz təchizatı dayandırılıb
Bu barədə Modern.az-a SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bu gün saat 12:30-dan etibarən qazın verilişi fasilələrlə bərpa olunacaq.