Modern.az

Putin KTMT ölkələrinə Rusiya silahları almağı TƏKLİF ETDİ

Putin KTMT ölkələrinə Rusiya silahları almağı TƏKLİF ETDİ

Aktual

27 Noyabr 2025, 11:56

Rusiya silahları real döyüşdə öz effektivliyini sübut edib və Moskva KTMT müttəfiqlərini bu cür avadanlıqlarla təchiz etmək üçün genişmiqyaslı proqram təklif edir.

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu təşəbbüsü KTMT-nin Bişkekdə keçirlən zirvə toplantısında elan edib.

O, Moskvanın 2026-cı ildə təşkilata sədrliyi barədə danışarkən vəd edib ki, Rusiya KTMT-nin hərbi potensialının gücləndirilməsi ilə bağlı bütün məsələlərdə müttəfiqləri ilə sıx əməkdaşlığa davam edəcək.

“Səylərimizi milli kontingentlərin döyüş hazırlığının artırılmasına və kollektiv qüvvələrin komandanlığının və nəzarətinin təkmilləşdirilməsinə yönəldəcəyik".

Putin deyib: "Biz kollektiv qüvvələrin real döyüşdə effektivliyini sübut edən müasir silah və avadanlıqlarla təchiz edilməsi üçün genişmiqyaslı proqrama başlamağı təklif edirik".

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası keçirilir.

Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Qazaxıstan prezidentləri - Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emomali Rahmon və Sadır Japarov toplantıda iştirak edirlər.

Zirvə toplantısına Qırğızıstan sədrlik edir.

Ermənistan tədbirə qatılmaqdan imtina edib.

Sizə yeni x var
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı