Modern.az

Gəncə Dövlət Universitetində tələbələr maarifləndirilib - FOTO

Gəncə Dövlət Universitetində tələbələr maarifləndirilib - FOTO

Aktual

27 Noyabr 2025, 11:48

Gəncə Dövlət Universitetində icbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirin təşkil edilməsində məqsəd müəllim, tələbə və əməkdaşların icbari tibbi sığorta sistemi, üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi barədə məlumatlandırılması olub.

Modern.az xəbər verir ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, Gəncə filialının rəhbəri Kamal Həsənov, Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova və Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov, GDU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatlardan danışıb, bu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verdiyini vurğulayıb.

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri çıxış edərək icbari tibbi sığorta ilə bağlı ətraflı məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı