Modern.az

Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı əlaqə yaradacaq - NAZİR

Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı əlaqə yaradacaq - NAZİR

Aktual

27 Noyabr 2025, 12:12

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə R.Nəbiyev öz sosial şəbəkə hesabında paylaşım edib.

"Böyük dəhliz layihələrində əsas maneələrin sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqları olduğunu qeyd etdik. Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası ilə etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğuladıq. Həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini qeyd etdik", - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı