Azərbaycan Güləş Federasiyasının (AGF) ümumi yığıncağı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib.
Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib.
Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib.
Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.