Modern.az

 İsrail nümayəndələri Müdafiə Nazirliyində - FOTO

 İsrail nümayəndələri Müdafiə Nazirliyində - FOTO

Aktual

27 Noyabr 2025, 17:18

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o. briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, Müdafiə naziri Azərbaycanla İsrail arasında xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı