Modern.az

Hikmət Hacıyev Brüsseldə görüşlər keçirdi - FOTOLAR

Hikmət Hacıyev Brüsseldə görüşlər keçirdi - FOTOLAR

Ölkə

28 Noyabr 2025, 08:39

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 27-də Brüsseldə bir sıra mühüm görüşlər keçirib.

Modern.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O, görüş zamanı Avropa İttifaqından olan həmkarları ilə Azərbaycanla Aİ arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı müzakirə etdiyini bildirib.

“Biz ikitərəfli gündəliyin geniş spektri və Azərbaycan-Aİ tərəfdaşlığının daha da genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə əlavə edib.

O, digər bir paylaşımında Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə Azərbaycan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı məzmunlu müzakirələr aparıldığını qeyd edib.

“Komitənin sədri səfir Delfin Pronka minnətdaram. Komitənin üzvlərini Azərbaycanın regionda irəlilətdiyi sülh gündəliyi, eləcə də sülhün iqtisadi üstünlükləri, Zəngəzur dəhlizinin inkişafı və etimadın möhkəmləndirilməsi tədbirləri barədə məlumatlandırdım.

Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızın və tərəfdaşlığımızın möhkəmləndirilməsi üzrə gələcək addımları tam dəstəklədiklərini bildirdiklərinə görə təşəkkür edirəm”, - deyə H. Hacıyev vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı