Modern.az

Lerikin kəndlərinin işığı KƏSİLƏCƏK

Lerikin kəndlərinin işığı KƏSİLƏCƏK

Aktual

28 Noyabr 2025, 09:14

Bu gün Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində noyabrın 28-də 35 kV-luq "Lerik-1" və "Lerik-2" hava xəttində təmir və ağac budanması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı