Modern.az

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin 7-ci toplantısı keçirilir

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin 7-ci toplantısı keçirilir

Aktual

28 Noyabr 2025, 10:00

Bakıda Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilir.

Modern.az xəbər verir ki, iclas iştirakçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yanaşmalarını bölüşəcək, üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılması ətrafında müzakirələr aparacaqlar.

Toplantı çərçivəsində üzv dövlətlərin qarşıdakı dövr üçün prioritet fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək, Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 8-ci toplantısının və Media və informasiya üzrə işçi qrupunun 13-cü iclasının harada keçiriləcəyi ilə bağlı qərar qəvul ediləcək.

İclasında sonunda isə Kommunike qəbul edilməsi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı