Modern.az

Şəmkir Xəstəxanasında 73 vakant yer var

Şəmkir Xəstəxanasında 73 vakant yer var

Aktual

28 Noyabr 2025, 11:18

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 73 vakant yer var.

Modern.az xəbər verir ki, bunu bu gün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur zamanı xəstəxananın direktoru Samir Namazov bildirib.

O, icbari tibbi sığortanın tətbiqi nəticəsində tibb müəssisəsinin maddi-texniki bazasının gücləndirildiyinə və xidmətlərin növünün genişləndiyinə toxunub.

Samir Namazovun sözlərinə görə, xəstəxanada müxtəlif ixtisaslar üzrə 15 şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar tibbi xidmətlər təqdim olunur:

"Müəssisə 229 çarpayı ilə stasionar xidmətin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik yaradır. Həmçinin xəstəxanada Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir”.

Cavid Zahidoğlu

Sizə yeni x var
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"