Modern.az

Yeni icra başçısı rayonun loqosunu dəyişir

Yeni icra başçısı rayonun loqosunu dəyişir

Aktual

28 Noyabr 2025, 10:46

Balakən rayonunun yeni loqosunun hazırlanması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.

Qeyd edək ki, noyabrın 12-də Balakən rayonuna yeni icra başçısı təyin edilib. Belə ki, Göyçayın icra başçısı işləmiş Natiq Ağayev vəzifəsindən azad edilərək Balakən rayonuna icra başçısı göndərilib.

Onun sələfi İslam Rzayev isə oktyabrın 10-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilib. V.Rzayev korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərində ittiham olunur. (Mənbə Unikal)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"