Modern.az

BMU ilə Özbəkistan Milli Universiteti arasında memorandum imzalandı

BMU ilə Özbəkistan Milli Universiteti arasında memorandum imzalandı

Aktual

28 Noyabr 2025, 14:05

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “QS Avrasiya Forumu 2025” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə bu ölkənin daha bir nüfuzlu ali təhsil ocağı-Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. 

Modern.az xəbər verir ki, Özbəkistan Milli Universitetində baş tutan imzalanma mərasimində tərəflər iki ali təhsil müəssisəsinin cari fəaliyyəti, son illərdə əldə olunan nailiyyətlər, elmi və akademik istiqamətlər üzrə prioritet hədəflər barədə ətraflı fikir mübadiləsi aparıblar. Görüş ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərini geniş şəkildə müzakirə etmək üçün səmərəli platforma rolunu oynayıb.

Rektorlar Yaqub Piriyev və Inom Madjidov görüşdə Özbəkistan və Azərbaycanın dostluq münasibətlərinin təhsil və elm sahəsində də yüksək səviyyədə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüş zamanı birgə ikili diplom proqramlarının təşkili, akademik mobillik imkanlarının genişləndirilməsi, professor-müəllim heyətinin doktorantlara elmi rəhbər kimi cəlb olunması, Scopus bazasında indekslənən nüfuzlu jurnallarda birgə elmi məqalələrin sayının artırılması, həmçinin mühəndislik, kimya və iqtisadiyyat sahələrində davamlı elmi əməkdaşlıq təşəbbüslərinin formalaşdırılması məsələləri ətraflı müzakirə edilib. Qeyd olunub ki, imzalanan memorandum gələcəkdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi, elmi-texniki və tədris sahəsində əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün möhkəm əsas rolunu oynayacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"