Modern.az

“Paşinyan qoyun dərisinə girmiş canavardır" - Erməni keşiş

“Paşinyan qoyun dərisinə girmiş canavardır" - Erməni keşiş

Aktual

28 Noyabr 2025, 16:15

Ermənistanın tanınmış keşişlərindən olan Vrtanes Baş nazir Nikol Paşinyanın son vaxtlər ruhanilərə açıdğı davanın təhlükəli xarakter aldığını bildirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keşiş Baş nazirin tez-tez bütün ermənilərin karalikosu II Qaregindən istefa tələb etməsini dinə müdaxilə kimi qiymətləndirib.

"O, başqalarını yoldan çıxaran bir canavardır, qoyun dərisinə girmiş canavar", - deyən Vrtanes Baş naziri insanları aldatmaqda ittiham edib.

Keşişin sözlərinə görə, Paşinyan əməllərindən tövbə etsə belə, islah olunmayacaq.

"O, “Artsax2a xəyanət edib. Ölənlərin, itkin düşənlərin ailələrinə və əlillərə necə kompensasiya ödəyə bilər? İnanıram ki, onun üçün zərəri ödəmək və məhkəmə prosesində cavab vermək çətin olacaq", - Ata Vrtanes vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"