Modern.az

Biləcərinin işığı KƏSİLƏCƏK

Biləcərinin işığı KƏSİLƏCƏK

Aktual

1 Dekabr 2025, 09:42

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 23 saylı Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Biləcəri qəsəbəsi A. Zeynalov küçəsi 41, 43 və 47 ünvanlarında, eləcə də yaxınlıqda yerləşən avtomobil parkı, su nasosxanası, bəzi ticarət müəsissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu